Bakı Uşaq Teatrı 10 dekabr - Dünya İnsan Haqları Günü münasibətlə Dövlət Mahnı Teatrında “İnsan Hüquqları” adlı tədbir-tamaşa təqdim edib. Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə Bakı Uşaq Teatrının “Əşxas” (müəllif Abdulla Şaiq), “Həyatla oyun”, “Günahsız günahkarlar”, “Qeyri-adi məhkəmə” (müəllif Arzu Soltan) tamaşalarından səhnələr nümayiş olunub. Səhnə əsərlərinə İntiqam Soltan və Hacıbaba Məmmədov quruluş veriblər.
Tamaşalarda rollarda - İlhamə Əhmədova, Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov, Sovqat Səmədova, Xəyalə Meydanova, Türkan Şahmarlı, Şahin Kazımov, Rəfael Muradxanlı, Müdvər Nemətova, Günay Pirizadə, Niyaz Novruzov çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar