Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib. Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Heydər Əliyevin həyatına həsr olunmuş filmlərdən parçalar nümayiş etdirilib, musiqilər təqdim olunub. Fəridə Məmmədovanın ifasında ariya, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarında «Çırpınırdın, Qara dəniz», Ramil Qasımovun ifasında ulu öndərin ən çox sevdiyi mahnılardan olan «Alagöz» mahnısı maraqla qarşılanıb. Əməkdar artist Aygün Bəylərin ifasında Leyla Əliyevanın «Elegiya»sı, Xalq artisti Azər Zeynalovun ifasında «Şükriyyə» səslənib, Xalq artisti Murad Hüseynov «Dəniz» kompozisiyasını ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar