Dekabrın 8-də Sumqayıt Dövlət Dram Teatrında Əli Əmirlinin “İyirmi ildən sonra” psixoloji dramı sənətsevərlərə təqdim olunub.
Aktyor həyatına həsr olunan əsərdə hadisələr bizim günlərdə cərəyan edir. Xalq artisti, zamanında qəhrəman rollarının ifaçısı olmuş sənətkar maddi sıxıntının girdabındadır. Həyat yoldaşı nəinki ona mənəvi dayaq olmur, hətta xarici dövlətlərin birində səfirlikdə işləyən kişiyə qoşulub gedir, amma sonda pulun, mal-dövlətin heç də bir çox duyğuları əvəz edə bilməyəcəyini anlayır və peşmançılıq hissi keçirir...
Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rollarda əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, aktyorlar Cəlal Məmmədov, Xatirə Süleymanova, İlham Səfərli, İlahə Vilayətqızı, Şəmistan Süleymanlı və Vaqif Səmədzadə çıxış edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar