Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası” tamaşasının təqdimatı olub.
Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda hazırlanan tamaşada cəmiyyətdə baş verən hadisələr bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırılır.
Təqdimat maraqla qarşılanıb. İzləyicilər tamaşanın yaxşı hazırlandığını, təqdim olunan səhnələrin əslində günün reallığı olduğunu vurğulayıblar.
A.Rafiqoğlu deyib: “Bu, mənim ikinci tamaşamdır. Çalışıram ki, cəmiyyətimizdə mövcud olan problemləri, onlara yanaşma tərzlərini tamaşaçıya fərqli dildə çatdırım”.
Gənc aktyor və rejissor növbəti səhnə əsərini azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə təqdim edəcəyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar