Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunur. Teatrın direktoru İslam Həsənov bildirib ki, təmir dövründə teatr bağlanmayacaq. Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılacaq. Teatrda məşqlər gedir, tamaşalar nümayiş etdiriləcək.
Hazırda truppa Albert Kamyunun “Kaliqula” əsəri əsasında hazırlanan tamaşanın məşqlərində iştirak edir. Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsəri yaxın aylarda tamaşaçılara təqdim olunacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar