Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2016-cı ilin ilk üç ayı üçün repertuar planı təsdiq edilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, yanvar-mart aylarında “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Hasarın o üzü”, “Buzovna kəndinin əhvalatları”, “Pəri cadu”, “Xortdanın cəhənnəm məktubları”, “Mən gəldim, qızlar”, “Sarıköynəklə Valehin nağılı”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Romeo və Cülyetta”, “III Riçard”, “Ağ ölüm”, “Şeyx Sənan” və “İtalyansayağı xoşbəxtlik” tamaşaları nümayiş olunacaq.
Balaca teatrsevərlər də unudulmayacaq. Onlara bu aylarda “Buratinonun macəraları”, “Çəkməli pişik”, “Dörd əkizin nağılı”, “Qoğalın nağılı”, “Yatmış gözəl”, “İncəbel və div”, “Dovşanın ad günü”, “Əlibaba və qırx quldur”, “Qırmızıpapaq”, “Dəcəl keçi”, “Şahzadə Xəzərin nağılı”, “Balaca və damda yaşayan Karlson”, “Çirkin ördək balası” və “Qaraca qız” tamaşaları təqdim olunacaq.
20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə “Mənim ağ göyərçinim”, Xocalı soyqırımı və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində isə “Arzu və Murad” tamaşası göstəriləcək.
Bu müddət ərzində teatrda iki yeni tamaşanın premyerası da nəzərdə tutulur. Mart ayının əvvəlində italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” və rus xalq nağılı əsasında hazırlanmış “Möcüzəli turpun nağılı” tamaşalarına ilk baxış olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar