Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Yanvarın 10-da teatrın səhnəsində “Fəlakət və insan” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Tamaşa uşaqlara təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.
Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir. Qeyd edək ki, 6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin xronometrajı 45 dəqiqədir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar