Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə keçiriləcək II beynəlxalq “Caz karuseli” müsabiqəsinin münsiflər heyətində təmsil olunmaq üçün dəvət alıb.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 24-29 fevral tarixlərində baş tutacaq beynəlxalq müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.
Müxtəlif ölkələrdən uşaq və gənclərin qatılacağı müsabiqənin münsiflər heyətində Rusiyanın tanınmış incəsənət xadimləri və pedaqoqları təmsil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar