Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar yazıçı-dramaturq Tamara Vəliyevanın illərdən bəri repertuardan düşməyən “Mənim ağ göyərçinim” əsərinin tamaşası göstəriləcək.
İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Səhnə tərtibatçısı Gürcüstanın Tumanaşvili adına Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar