Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrı tamaşaçıları rus bəstəkarları Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Sergey Prokofyevin “Tamahlar” baletlərinə baxmağa dəvət edir.
“Xanım və Xuliqan” baleti üç ildir ki, teatrın repertuarındadır. 2012-ci ildə Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Moxnaçovun quruluş verdiyi bu əsər rus balet sənətinin ən dəyərli nümunələrindən sayılır. Balet iki gəncin faciəli sevgisindən, öz sevgisini qorumaq naminə həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir.
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Baş rollarda Xalq artisti Kamilla Hüseynova və aparıcı solist Anar Tahirov çıxış edəcək.
“Tamahlar” baletinə 2003-cü ildə fransalı xoreoqraf Alen Amber quruluş verib. Tamaşa S.Prokofyevin “Klassik simfoniya”sı əsasında səhnələşdirilib. Baletin konkret süjet xətti olmasa da, gözəl musiqi onu baxımlı tamaşaya çevirir. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Tamaşaçılar səhnədə Xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Yuri Lobaçov və Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarının çıxışlarını seyr edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar