Yanvarın 17-də Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Xalq artisti Siyavuş Kərimidir. Rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artist Əlvida Cəfərov və başqaları oynayırlar.
Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin olmağa səsləyən bir əsərdir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar