Xəbər verdiyimiz kimi, yanvarın üçüncü ongünlüyündə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən ənənəvi Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatr 34-cü dəfə keçirilən festivalda İrandan dəvət edilmiş rejissor Xeyrulla Təğiyanipurun quruluş verdiyi «İlan sultan» tamaşası ilə qatılacaq. Müasir İran dramaturqu Bəhram Benzayinin ibrətamiz pritça əsasında yazdığı bu əsər ilan cildində yaşayan hökmdarın bir qıza aşiq olandan sonra başına gələn macəralardan bəhs edir.
Teatrın baş rejissoru Tural Mustafayevin bildirdiyinə görə, Fəcr festivalı bir növ səyyar festivaldır, tamaşalar ölkənin müxtəlif şəhərlərində göstərilir. «İlan sultan» tamaşası da iki dəfə Təbrizdə, bir dəfə də Məşhəddə oynanılacaq.
Rolları Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev, Əlibala Əsgərov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Qızılgül Quliyeva, Emin Feyzullayev və Emil Rzayev oynayırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar