Xəbər verdiyimiz kimi, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İranda keçirilən 34-cü Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edir. Teatr festivala iranlı dramaturq Bəhram Beyzayinin “İlan sultan” tamaşasını aparıb.
Təbriz şəhərində göstərilən tamaşa böyük coşqu ilə qarşılanıb. İzləyicilər arasında Təbriz Şəhər Mədəniyyət İdarəsinin rəisi, digər dövlət qurumlarının nümayəndələri də olublar.
Qeyd edək ki, kollektiv iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluş verdiyi «İlan sultan» tamaşası ilə Təbrizdən sonra Məşhəd şəhərində də çıxış edəcək.
İki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetməsindən bəhs edən səhnə əsərində rolları Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev və başqaları oynayırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar