Azərbaycan Teatr Xadimləri İttifaqının «Rejissor laboratoriyası»nda hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşası Türkiyədə nümayiş olunacaq.
Səhnə əsəri yanvarın 23-dən fevralın 1-dək Bursa şəhərində keçiriləcək «Teatr günləri»ndə və Antalya Böyükşəhər Teatrının təşkil etdiyi «Qonaq teatr» layihəsində iştirak edəcək.
Yaradıcı heyətin rəhbəri Xalq artisti, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədr müavini Hacı İsmayılov, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nofəl Vəliyev, işıqçı və quraşdırıcı Zaur Abbasov, səs operatoru Nazim Kərimlidir. Rolları Məsumə Babayeva, Kərəm Hadızadə və Bəhruz Əhmədli oynayırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar