Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fransız dramaturqu Erik-Emmanuel Şmidtin “Müsyö İbrahim və Quran çiçəyi” ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Səhnə əsəri gənc rejissor Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq. Tamaşanın bədii rəhbəri Xalq artisti, teatrın direktoru Azərpaşa Nemət, quruluşçu rəssamı Samirə Həsənovadır. Müsyö İbrahim rolunu Xalq artisti Fuad Poladov canlandırır. Digər rolları əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa edir.
Xatırladaq ki, dünyanın 30-dan artıq teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Musa (Momo) və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, səmimiyyət və dostluqdan bəhs edir. Yəhudi Momo İbrahim sayəsində islamı qəbul edir və bütün pis vərdişlərdən əl çəkir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar