Yanvarın 22-də Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası nümayiş olunacaq. Əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya rejissor Yusif Əkbərov quruluş verib.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürrəhmanovadır. Əsas rollarda əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Əliməmməd Novruzov, Yulya Heydərova və başqaları çıxış edirlər.
İlk səhnə həyatını 1980-ci ildə (rejissor Rafiq Atakişiyev) yaşayan, müasir zaman üçün də aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar