Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, kollektiv İranda keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edib. Dünyanın 30-dan çox ölkəsinin teatr kollektivlərinin iştirak etdiyi festivala Lənkəran teatrının İran dramaturqu Bəhram Beyzayinin “İlan sultan” tamaşası ilə qatılıb. Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirilən tamaşa yerli teatrsevərlər tərəfindən yüksək dəyərləndirilib.
Beynəlxalq festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrının kollektivinə diplom və xatirə hədiyyəsi təqdim olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar