Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dövlət Dəmir Yolu Liseyi ilə birgə tədbir keçirilib.
2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, liseyin direktoru, professor Həsən Bayramov sağlam gənc nəslin yetişdirilməsi, cəmiyyəti narahat edən problemlər içərisində ən böyük faciələrə səbəb olan narkomaniyanın fəsadları haqqında danışıblar.
Çıxışlardan sonra V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası nümayiş olunub.
Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada obrazları Əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Səbinə Məmmədova və başqaları canlandırıblar. Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ötən teatr mövsümündə hazırlanıb.
Səhnə əsərini Dövlət Dəmir Yolu Liseyinin kollektivi və Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin şagirdləri izləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar