Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqili teatr rejissorluğu fakültəsinin 4-cü kurs tələbələri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərliyi ilə teatrda hazırladıqları tamaşalardan kiçik parçalarla çıxış ediblər. Bu onların diplom işi öncəsi sınaq imtahanı olub.
Tələbələr Tuncer Cücenoğlunun “Uçqun” (rejissor Həcərxanım Cavanşir), Elçinin “Teleskop” (rejissor Günay Hüseynova), Yolanda Varqas Dulçenin “Yeseniya” (rejissor Fəridə Əlizadə), Əli Əmirlinin “Sevən qadın” (rejissor Şərəf Yusifova) və Sadıq Şendilin “Qanlı Nigar” (rejissor Həmayil Əhədli) tamaşalarından parçalar təqdim ediblər.
Nümayişdən sonra kurs rəhbəri Ə.Lalayev çıxış edərək Musiqili Teatrda yaradıcı gənclərin potensiallarını nümayiş etdirmək hər cür imkanın olduğunu deyib. ADMİU-nun rektoru, professor Fərəh Əliyeva teatrda yaradıcı gənclər və eyni zamanda musiqili teatr fakültəsində təhsil alan tələbələr üçün yaradılan şəraitdən məmnun olduğunu söyləyib, universitetlə Musiqili Teatrın əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, teatrda yaradıcılıq studiyasının fəaliyyətə başlaması da çox uğurlu və vaxtında atılmış addımlardan biridir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar