Teatr tezliklə yeni məkanda tamaşalarını təqdim edəcək

Fevralın 2-də Azərbaycan Dövlət Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Yuğ Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M.A.Əliyev küçəsi (sağ və sol) və M.F.Axundov döngəsi boyunca yolun tikinti işlərinə başlanılıb. Azərbaycan Dövlət Yuğ Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınıb. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevralın 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilib. Kukla Teatrının rəhbərliyi Yuğ Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb. Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.
Toplantı zamanı nazir müavini Ədalət Vəliyev məsələnin mahiyyətini bütün təfsilatı ilə kollektivin üzvlərinə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib. Görüş zamanı tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub.
Teatrın kollektivi son vaxtlar onları narahat edən məsələlərə tam aydınlıq gətirildiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Yuğ Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar