Musiqili Teatrda “Min bir gecə” nağıllarının motivləri əsasında yeni tamaşa hazırlanır

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqləri başlanıb. “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasının süjet xəttinin əsasında çəkməçi Marufla ifritə arvadı Fatma arasında təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırmaq qərarına gəlib. Səhnə əsərinə rejissor İradə Gözəlova quruluş verəcək.
Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Dekorasiya ikimərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət və s. təbəqələşəcək. Bu fonda xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı, böyük eşq uğrunda mübarizə nümayiş olunacaq.
Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqilərindən və məşhur mahnılarından istifadə olunacaq.
Səhnə əsərinin quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar