Fevralın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2016-cı ilin ilk premyera - görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Françeska da Rimini” baletinin tamaşası keçiriləcək.
“Françeska da Rimini” bəstəkarın eyniadlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulub. Baletin süjet xətti Dantenin “İlahi komediya”sından götürülüb.
Musiqi əsəri ilk dəfə 25 fevral 1877-ci ildə Moskvada, 1878-ci ildə isə Peterburqda ifa olunub və böyük uğur qazanıb.
Baletdə ailəli gənc qadın Françeskanın Paoloya - ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.
Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Əsas partiyaları Əməkdar artist Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar