Fevralın 9-da Azərbaycan Dövlət Musiqili Teatrının baş baletmeysteri Zakir Ağayevin 60 yaşı tamam olub. Bu münasibətlə teatrda tədbir keçirilib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Zakir Ağayevin həyat və yaradıcılığından danışıb, yubilyarın Musiqili Teatrda fəaliyyətindən, Azərbaycan xoreoqrafiya sənətinə töhfələrindən söz açıb. Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, Xalq artisti Fatma Mahmudova və başqaları çıxışlarında Z.Ağayevin yaradıcılığı, quruluş verdiyi tamaşalar haqqında danışıblar.
Sonda teatrın rəhbərliyi tərəfindən yubilyara mükafat təqdim edilib.
Qeyd edək ki, 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında baş baletmeyster işləyən Z.Ağayev teatrın cari repertuarındakı bütün tamaşaların rəqslərinin quruluşçusudur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar