Xəbər verdiyimiz kimi, fevralın 1-dən 5-dək Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə (2 fevral) həsr olunmuş ənənəvi “Gəncliyin səsi” festivalı keçirilib. Bakıda başlanan və üç gün ərzində müxtəlif tədbirlərlə yadda qalan festivala Gəncə şəhərində yekun vurulub.
Gəncə Dövlət Dram Teatrında Xəzəngül Hüseynovanın “Məhəbbətin qənimi” tamaşasının premyerası keçirilib. Həmçinin Məhsəti Gəncəvi Mərkəzində gənc rejissorlar Nərgiz Bağırzadə və Fariz Əhmədovun “Bir addım” və gənc rejissor Ruslan Hüseynovun “Usta Yusifin kamançası” filmləri nümayiş etdirilib.
Qeyd edək ki, festival tədbirlərində Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbinin tələbələri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının gənclər şöbəsinin nümayəndələri yaxından iştirak ediblər.
Festival çərçivəsində gənclərdən ibarət musiqi kollektivlərinin və ayrı-ayrı ifaçıların konsertləri, gənc rəssamların əl işlərindən ibarət sərgilər, yaradıcı gənclərlə görüşlər, tələbələrin fotosərgisi təşkil edilib. İlk dəfə olaraq, Bakı Turizm Peşə Məktəbinin aşpaz, qənnadıçı, barmen ixtisasları üzrə tələbələri öz bacarıqlarını nümayiş etdiriblər.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar