Moskvada filmin nümayişi, Yakutiyada operettanın məşqi

Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino Evində dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmiş “Arşın mal alan” filminin 70 illiyi münasibətilə təntənəli gecə keçirilib.
Gecədə Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov Rusiya və Azərbaycan kino ustalarının əməkdaşlığından söhbət açıb, kino sənətimizin incisi sayılan “Arşın mal alan” filminin dünya kinosunda xüsusi yerini vurğulayıb.
Filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Sonra “Arşın mal alan” operettasının 1945-ci ildə görkəmli sənətkarlar Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub.
* * *
Yakutiya Dövlət Estrada Teatrında isə “Arşın mal alan” operettasının premyerası hazırlanır. Rusiya mediasının məlumatına görə, böyük Azərbaycan bəstəkarının operettasını yakut dilinə nəğməkar şair Viktor Xon Omuk Uola tərcümə edib. Tamaşanın rejissoru, Yakutiya-Saxa Respublikasının Əməkdar artisti Vladlena Burnaşovadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar