Bakıda “Gənc memarların müasir memarlığa baxışı” mövzusunda sərgi açılıb. Azərbaycan Memarlar İttifaqının təşkil etdiyi sərginin açılışında çıxış edən qurumun idarə heyətinin sədri Elbay Qasımzadə son illər ölkəmizdə, xüsusilə paytaxt Bakıda baş verən müsbət dəyişikliklər, memarların bu sahədə qazandığı uğurlardan danışıb, gənc memarlar üçün təşkil edilən müsabiqənin onların yaradıcılığında çox böyük rolu olacağını vurğulayıb.
Bildirib ki, Memarlar İttifaqı tərəfindən ənənəvi olaraq reallaşdırılan layihənin əsas məqsədi gənc istedadlı memarların üzə çıxarılmasına, tanınmasına və yaradıcılıq imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.
Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbə memarlarının 30 işi nümayiş olunub. Təqdim edilən əsərlər arasında şəhərsalma layihələri və müxtəlif interyer və eksteryer həlləri, eskiz layihələri xüsusi yer tutur. Ən yaxşı layihə müəlliflərinə fəxri fərman və hədiyyələr təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar