Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında teatrın solisti, Əməkdar artist Cahangir Qurbanovun “İki canda bir ürək” adlı solo konserti keçiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, iki hissədən ibarət olan konsertdə ifaçını Xalq artisti, professor Cavanşir Cəfərovun bədii rəhbərliyi ilə teatrın simfonik orkestri və instrumental qrupu müşayiət edəcək.
Konsertdə dünya bəstəkarlarının yaradıcılığından musiqilər, həmçinin Azərbaycan bəstəkarlarının vokal janrda qələmə aldığı əsərlər səsləndiriləcək. Opera və Balet Teatrının solistləri - Xalq artisti Fidan Hacıyeva və Əməkdar artist Fərid Əliyev də Cahagir Qurbanovla eyni səhnəni bölüşəcək, birlikdə duet ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar