Rza Təhmasib adına Şərur Xalq Teatrında görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanan tamaşa teatrsevərlərə təqdim edilib. Tamaşanın quruluşçu rejissoru, musiqi və səhnə tərtibatçısı Nəsimi Məmmədzadədir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov kollektivi təbrik edərək aktyorlara yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, teatr 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb, 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv hazırladığı səhnə əsərləri ilə tamaşaçıların rəğbətini qazanıb. 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə II yerə layiq görülüb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar