Mingəçevir Dövlət Dram Teatrında tanınmış rus yazıçısı Nikolay Qoqolun “Müfəttiş” əsərinin tamaşası nümayişə hazırlanır. Əsərə teatrın baş rejissoru Xəzər Gəncəli quruluş verib.
Tamaşada əməkdar artistlər Akif Mirabov, Ella Yaqubova, Şıxı Yaqubov, aktyorlar Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova Asim Əmirov, Firuz Hacıyev, Hüseyn Mustafayev, Qabil İbrahimli, Asim Məmmədov və Eyvaz Əliyev rol alıblar. Səhnə əsərinin aprelin sonlarına təhvil verilməsi planlaşdırılır.
Teatrda uşaqlar üçün də yeni səhnə əsəri - “İncəbel və Div” tamaşası nümayişə hazırlanır. Rollar əsasən gənc aktyorlara həvalə olunub. Səhnə əsərində həmçinin “İnam” studiyasının tələbələri də rol alıblar.
Martın əvvəllərində balaca tamaşaçıların ixtiyarına veriləcək tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, rejissor assistenti Xəyalə Qəmbərova, quruluşçu rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Elnur Rəsulovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar