Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, “Qızıl cücə” adlanan nağıl-tamaşanın müəllifləri V.Ulyanovski və V.Orlovdur.
Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Svetlana Bulaxdır. “Tamaşamız uşaqları əyləndirməklə yanaşı, həm də onların intellektinin inkişafına yardımçı olacaq. Bu səhnə əsərinin maraqlı süjet xətti var. Tamaşanın əsas məğzini mərhəmət, qayğı, sevgi təşkil edir. Sevginin ən qəddar məxluqu belə mərhəmətli etməsi tamaşa boyu xüsusi vurğulanır”, - deyə rejissor bildirib.
Rolları Svetlana Bulax, Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar