20 mart - Dünya Uşaqları və Gəncləri Teatr Günü ölkəmizdə də qeyd olunacaq. Bu məsələ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-Azərbaycan Milli Mərkəzi idarə heyətinin növbəti iclasında müzakirə olunub.
Teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar artist Mübariz Həmidov bildirib ki, bu əlamətdar gün 15 il əvvəl Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. 2011-ci ildən sözügedən quruma üzv olan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günün xüsusi qeyd edilməsini artıq ənənə halına gətirib. “Ana, məni bu gün teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan uşaq və gənclərin teatra cəlb olunmasına xidmət edir.
Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaqları və Gəncləri Teatr Günü münasibətilə martın 18-dən 25-dək teatrda “Tamaşaların paradı” təqdim ediləcək. Bayram ərəfəsində yeni “Möcüzəli turp”, eləcə də cari repertuarda olan “Tıq-tıq xanım”, “Qoğalın nağılı” və “Dəcəl keçi” tamaşaları nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar