Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mütəmadi olaraq xaricdən dəvət olunan sənət ulduzlarının iştirakı ilə tamaşalar göstərilir.
Teatrın növbəti qonaqları qardaş Türkiyənin “qızıl səsli sopranosu” Deniz Yetim (Toska) və Belarusun Əməkdar artisti Vladimir Qromov (Skarpia) olacaq. Onlar fevralın 27-də Cakomo Puççininin “Toska” operasının tamaşasında iştirak edəcəklər.
İstanbul Opera və Balet Teatrının aparıcı solisti Deniz Yetim beynəlxalq müsabiqələrin qalibi, vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısıdır. Bakılı sənətsevərlərə yaxşı tanış olan sənətçi 2014-cü və 2015-ci illərdə opera səhnəmizdə çıxış edib.
“Toska” operasının tamaşasında Opera və Balet Teatrının istedadlı solistləri - Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fərid Əliyev, Əkrəm Poladov, Cahangir Qurbanov çıxış edəcəklər. Dirijor Xalq artisti, professor Rauf Abdullayevdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar