Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, Tülkü, Tünbəki” musiqili-nəğməli nağıl-pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Alleqorik səhnə əsərinin mövzusu cəmiyyətdə sülhün, dostluq və mehribançılığın təbliğinə həsr olunub. Yaradıcı kollektiv personajların dili ilə cəmiyyətdəki nöqsanları qamçılayır, qəddarlığı pisləyir, insanları sevib-sevilməyə, xoşbəxt yaşamağa səsləyir.
Uşaqların maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar