Azərbaycan Dövlət Musiqili Teatrının baş baletmeysteri Zakir Ağayev 60 illik yubileyi münasibətilə və mədəniyyət sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Zakir İsmayıl oğlu Ağayev 1956-cı ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Rusiya Dövlət Teatr Sənəti Akademiyasının baletmeyster fakültəsini bitirib. 1990-cı ildən 2000-ci ilədək Bakı Xoreoqrafiya Məktəbində “Dünya xalq rəqsləri” və “Azərbaycan rəqsləri” fənnlərindən dərs deyib. Moskvada keçirilən XII Ümumdünya Tələbə və Gənclər Festivalının diplomantı (1985) olub.
Təşəbbüskar müəllim, istedadlı rəqqas kimi milli rəqslərimizin təbliğində xidmətlər göstərib. Xoreoqrafiya üzrə nəzəri və praktiki elmi tədqiqat işlərinin müəllifidir. 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında baş baletmeyster işləyən Zakir Ağayev teatrın cari repertuarında olan bütün tamaşalarda rəqslərin quruluşçusudur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar