Cəlil Məmmədquluzadənin ölməz tragikomediyası 100 il sonra daha bir premyerasını yaşadı
Mayın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Premyerada Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elm, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinə teatrın direktoru, Xalq artisti Azərpaşa Nemət quruluş verib. Yeni tamaşa əsərin Hüseyn Ərəblinski tərəfindən 1916-cı ildə verilmiş səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966-cı ildəki quruluşunun 50 illiyinə həsr olunub. Səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.
Tamaşada böyük bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 50 il əvvəlki səhnə quruluşu üçün bəstələdiyi musiqidən istifadə edilib. Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə alınmış musiqini simfonik orkestr üçün Əməkdar incəsənət xadimi Rauf Əliyev işləyib. «Şüştər» muğamı valtornada Andrey Sabayev və Kamran Quliyevin, “Vağzalı” milli rəqsi tarda Hacı Məmmədovun solo ifasında səslənir.

Bu dəfə “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov olub. Digər obrazları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, aktyorlar Canəli Canalıyev, Xədicə Novruzlu, Rada Nəsibova, Adil Dəmirov və başqaları canlandırıblar.
Tamaşa böyük maraqla qarşılanıb.