Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti mayın 28-dən Londonda qastrol səfərindədir. Səfər çərçivəsində Azərbaycanın görkəmli dramaturqu M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” əsərinin eyniadlı tamaşası nümayiş olunub.
Əvvəlcə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək M.F.Axundzadənin yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin Azərbaycanda və eləcə də ölkəmizdən kənarda çox sevildiyini diqqətə çatdırıb. “Hekayəti-xırs quldurbasan” əsərinin məzmunu haqqında da danışan direktor səhnə əsərinin insanları güldürərkən, eyni zamanda da düşündürdüyünü bildirib.
Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa təqdim olunub. Tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev və Aydın Dəmirov rol alıblar. Səhnə əsəri böyük maraqla qarşılanıb.
Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan qastrol səfəri iyunun 2-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar