Roman Viktyuk Teatrının tamaşası Bakıda təqdim edilib

“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrında Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını təqdim edib. Əsərin müəllifi Ukraynanın ən istedadlı dramaturqlarından olan Pavel Ariyedir (Pavel Alekseyev). Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək maestro Roman Viktyuk əsər əsasında seyrçini dramatizmi ilə ovsunlayan tamaşa hazırlayıb.

“Zamanların əvvəli və sonunda” pyesi dünya miqyaslı faciədən - Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) partlayışdan bəhs edir. Bu, həyat və ölüm, sadə gün-güzəran yumoru və xalq hikməti, qaçaraq, təmənnasız, nəticəsi düşünülmədən göstərilən şücaət haqqında dramatik hekayətdir.
Çernobıl AES-də qəza bir çox insanların həyat tarixçələrinə qayıdış nöqtəsi oldu. Bu, zamanların sərhədi, heç vaxt uzanıb getməyəcək “əvvəl” və “sonra” arasındakı məqam barədə tamaşadır. Parlaq aktyor heyəti (Oleq İsayev, İqor Nevedrov, Lyudmila Poqorelova, Aleksandr Semyonov, Aleksandr Dzyuba) tamaşaçıları səhnədə baş verənlərə bir dəqiqə belə biganə qoymur.
Pyesdəki hadisələr Çernobıl AES-in yaxınlığında, Pripyat çayının kənarında yerləşən kəndlərdən birində cərəyan edir. Tamaşada başqaları kimi doğma yerlərini tərk etməyən, doğulduğu yurdda yaşamağa davam edən insanların keçirdiyi qorxu, sağ qalmaq və vahimə hisslərindən, psixoloji gərginlikdən söhbət açılır. Bir zamanlar həyatın coşub-daşdığı, bağların çiçək açdığı, təkcə insanların yox, hətta vəhşi heyvanların özünü rahat hiss etdiyi bu yerlər indi yadlaşmış zonadır. Amma burada təkcə mətanət və cəsarət, hətta yumor və səmimi insan sevinci hələ də qalır. Heç nəyə əhəmiyyət vermədən sağ qalmaq və yaşamaq - dünyaya bundan ötrü gəlmək və getmək lazımdır...
Bütövlükdə, həyat yerində saymır və o hər yerdə mövcuddur - əvvəldə də, sonda da. Bu həyati həqiqət tamaşanın leytmotivinə çevrilir. İkisaatlıq hekayət tamaşaçı auditoriyasının sürəkli alqışları ilə qarşılandı.
Xatırladaq ki, iyunun 1-də Roman Viktyuk Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mixail Kuzminin “Çəkməli pişik” tamaşasını göstərib. İyunun 2-də isə “ÜNS” teatrında Roman Viktyukun yaradıcılıq gecəsi keçirilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar