Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, ölkəmizin Afinadakı səfirliyinin dəstəyi ilə 28 may - 6 iyun tarixlərində Yunanıstanda Azərbaycan mədəniyyəti həftəsi keçirilib. Qədim mədəniyyət beşiyi, teatr, sənət ocağı olan Yunanıstanın bir neçə şəhərinin sakinləri Azərbaycan mədəniyyəti və incəsənəti, musiqi və teatrı ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin baş məsləhətçisi Vəfa Novruzova, Azərbaycan Dövlət Kukla Teatrının heyəti - direktor Rəşad Əhmədzadə, baş rejissor Qurban Məsimov, baş rəssam İqbal Əliyev, aktyorlar Cavid İbrahimov, Rəhim Rəhimov və Lina Məmmədova iştirak edib. Səfər müddətində teatrın repertuarında xüsusi yer tutan və bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunan Kamran Şahmərdanın “Ağ və Qara”, Qurban Məsimovun “Çanta trio və ...”, eləcə də yeni səhnə işlərindən olan “Zəng” monotamaşası göstərilib. Kollektiv Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin qədim teatr səhnələrində ümumilikdə on tamaşa göstərib.
Səfər müddətində Afinadakı Uşaq Onkoloji Mərkəzində də çıxış edən kollektiv UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoya tərəfindən mükafatlandırılıb. Teatra "ELPİDA” Uşaq və Dostlar Assosiasiyasının təşəkkür məktubu, nümayəndə heyətinin hər bir üzvünə isə dostluq medalları təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar