İyunun 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Tunc atlı” baleti təqdim ediləcək. Səhnə əsərində həmvətənimiz, gənc balet artisti Timur Əsgərov Yevgeni obrazını ifa edəcək.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ildə gənclər üçün Prezident mükafatına layiq görülüb. 2015-ci ildə “Bolşoy Teatrı”ın səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhad partiyasını oynayıb. Mariya Teatrının truppası ilə müxtəlif ölkələrdə qastrolda olub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar