Yeni tamaşaya isveçli və azərbaycanlı rejissor quruluş verir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İsveç yazıçısı Astrid Lindqrenin uşaqlar üçün qələmə aldığı “Uzuncorab Peppi” əsəri əsasında yeni tamaşa səhnələşdirilir. Layihə teatrın və İsveçin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “Azercell Telekom”un dəstəyi ilə həyata keçirilir.
Səhnə əsərinə isveçli rejissor Roni Danielson və teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (İsveç), arenjimançı Rüfət Ramazanov, rejissor assistenti Sona Mustafayevadır. Səhnə hərəkəti və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
Müzikl-tamaşada Nəsibə Eldarova, Gülər Nəbiyeva, Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova və başqa aktyorlar iştirak edəcəklər.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, Bakıya gələn isveçli rejissor bir neçə gün ərzində səhnə əsərinin məşqlərində yaradıcı kollektivlə birgə çalışacaq. Tamaşanın növbəti, 89-cu teatr mövsümündə təqdim olunması nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar