Kollektiv cənub bölgəsində mədəniyyət müəssisələrinə hamilik köməyi də göstərir

Lənkəran Dövlət Dram Teatrında son bir ay ərzində Əli Əmirlinin “Köhnə ev” əsərinin tamaşası və uşaqlar üçün bir neçə səhnə əsəri təqdim edilib. Teatrda Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluşunda Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasının premyerası isə iyunun 27-də nəzərdə tutulub.
Bu barədə teatrın direktoru Tofiq Heydərov Cəlilabad rayonunda mədəniyyət işçilərinin iştirakı ilə keçirilən görüşdə bildirib. Direktor qeyd edib ki, Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi cənub bölgəsinin rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinə hamilik köməyinə start verib. Cəlilabad rayonunda mədəniyyət işçiləri ilə görüş bu səpkidə ilk tədbirdir.
Direktor teatrın son bir ildə əldə olunmuş nailiyyətlərindən, kollektivin gələcək yaradıcılıq planlarından söz açıb.
Bildirib ki, professional teatrların mədəniyyət müəssisələrinə yardım göstərməsi Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən bir vəzifə olaraq onların qarşısında qoyulub. “Biz bölgədə fəaliyyət göstərən xalq teatrlarına baza kimi baxırıq. Mədəniyyət və klub müəssisələri də istənilən tədbirin gerçəkləşməsində məsləhətlərimizdən yararlanırlar. Biz də onlardan köməyimizi əsirgəmirik”, - deyə o vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar