Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında beynəlxalq layihə çərçivəsində daha bir tamaşa hazırlanır. İsveç yazıçısı Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan səhnə əsərinə isveçli rejissor Roni Danielson və Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir.
Bugünlərdə Bakıya gələn isveçli rejissorun iştirakı ilə tamaşanın məşq prosesinə start verilib. Müzikl-tamaşada əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu, Ramil Məmmədov və Elnur Əliyev iştirak edəcəklər.
Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və “Azercell”in birgə layihəsi çərçivəsində hazırlanan tamaşa yeni mövsümdə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar