İyunun 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Qara Qarayevin "Don Kixot" və "Leyli və Məcnun" baletlərinin tamaşası ilə 107-ci mövsümünü başa vurur. Mövsüm başa çatsa da, yaradıcı kollektivlər iyul ayı ərzində yeni mövsümə hazırlıqla əlaqədar məşqlərini davam etdirəcəklər.
Teatrın simfonik orkestri isə ənənə halını almış qastrol səfərinə hazırlıqlara başlayacaq. Kollektiv Almaniyada keçirilən Qut-İmmlinq opera sənəti festivalında artıq doqquzuncu dəfə iştirak etmək üçün dəvət alıb. Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən tanınmış musiqi xadimlərinin, vokalçı və dirijorların qatıldığı festival bu il 20 illik yubileyini qeyd edir.
Azərbaycan musiqiçiləri festivala 60 nəfərlik heyətlə qatılacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfər avqustun 1-dən 9-dək davam edəcək.
Orkestr avqustun 7-də festivalın əsas tədbiri olan - Qrand final konsertində çıxış edəcək. Bu il festivalda 32 ölkədən istedadlı vokalçılar iştirak edəcək. Onların ifasında klassik dünya bəstəkarlarının operalarından ariya və duetlər səslənəcək.
Konsertdə həmçinin Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun musiqiləri də ifa olunacaq.
Qrand final konsertində orkestri Qut-İmmlinq festivalının musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrok, Azərbaycanın Xalq artisti Cavanşir Cəfərov, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və gənc dirijor Murtuza Məmmədov idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar