Azərbaycan Dövlət Musiqili Teatrının 106-cı mövsümü başa çatmaq üzrədir. Bu mövsüm teatr üçün çox əlamətdar və zəngin olub. “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl cücə” (V.Ulanovski, V.Orlov), “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F.Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Teatr ölkəmizdə ABŞ-ın “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Kollektiv regionlarda tamaşalarla çıxış edib.
İyulun 4-də 106-cı mövsümün yekunlaşması ilə əlaqədar teatrda mükafatlandırma mərasimi olacaq. Mövsümün ən yaxşıları müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar