“Qatil” yenə səhnədədir...

Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşasının növbəti nümayişi olub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Aygün Səmədzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Rolları Xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Münəvvər Əliyeva, Elxan Quliyev və aktyor Hikmət Rəhimov oynayıb.

...“Qürbətdən gələn məktublar” isə Qaxda nümayiş etdirilib

Milli Dram Teatrının kollektivi bölgələrə qastrol səfəri çərçivəsində Qax rayon Mədəniyyət evində Həsən Həsənovun eyniadlı əsəri əsasında “Qürbətdən gələn məktublar” tamaşasını nümayiş etdirib.
Mirzə Fətəli Axundzadənin obrazının ilk dəfə səhnədə yaradıldığı drama Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edib.
Xatırladaq ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda tamaşaya qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar