Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış tamaşa ilə 133-cü teatr mövsümünü başa çatdırıb.
Bu mövsümdə teatrda hazırlanmış “Nadanlıq və ya üç telefon zəngi”, “Qurtuluş dastanı”, “Varlı qadın” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Teatr tarixi mövzuda əsərlərə böyük önəm verir. Bu səbəbdən H.Arzulunun “Əlincə qalası” dramına yenidən müraciət edilib. Tamaşada uzun illər Əmir Teymura qarşı mübarizə aparan Əlincəqalanın müdafiəsi canlandırılır.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Tamaşada teatrın aktyorları ilə yanaşı, kütləvi səhnələrdə “Təməl” studiyasının tələbələri də iştirak edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar