Musiqili Teatr mövsümü Üzeyir Hacıbəylinin ölməz əsəri ilə bağlayacaq

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünə bu həftəsonu - iyulun 17-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının tamaşası ilə yekun vuracaq.
“O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu tamaşalarından biridir. Tamaşada Məşədi İbadı oynayan Əməkdar artist Şövqi Hüseynov bu rola görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi səhnə əsərində digər rolları əməkdar artistlər Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Əliməmməd Novruzov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.
Qeyd edək ki, sona çatmaqda olan mövsüm Musiqili Teatr üçün əlamətdar hadisələrlə zəngin olub. Bir neçə tamaşanın premyerası keçirilib, teatrın yaradıcı heyətinin üzvləri festival və müsabiqələrdə uğurla iştirak ediblər, müxtəlif mükafatlar qazanıblar. Mövsüm ərzində teatrda bir sıra beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Musiqili Teatr ABŞ-ın “Company-E” şirkəti ilə ortaq layihə kimi ilk dəfə “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Kollektiv “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda - Masallı, Xaçmaz, Şamaxı rayonlarında maraqlı tamaşalarla çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar