Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Mübariz Həmidov 1956-cı il iyulun 12-də Göyçay şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib.
1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda İncəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb.
2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafında səmərəli fəaliyyətinə görə Əməkdar artist fəxri adı ilə təltif olunub.
2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.
Onun teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin, Rusiyanın müxtəlif şəhərlərində, Belarus, Şri-Lanka, Birləşmiş Ərəb Əmirliyi, İran, Böyük Britaniya və digər ölkələrdə qastrol və festivallarda uğurla çıxış edib.
Mübariz Həmidov 2011-ci ildə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib.
Azərbaycan və Rusiya teatrları arasında yaradıcılıq əlaqələrinin qurulmasında xidmətlərinə görə 2014-cü ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar