Diqqətli oxucularımızın yəqin ki, yadındadır. Qəzetimizin 6 iyul 2016-cı il tarixli sayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşunda N.V.Qoqolun «Müfəttiş» tamaşası barədə əməkdaşımız Gülcahan Mirməmmədin «Xoş gəldin, «Müfəttiş» adlı yazısı dərc olunmuşdu. İyulun 13-də www.moscow-baku.ru saytı həmin yazıya istinad edərək «Azərbaycan dram teatrı «Müfəttiş»in 180 illiyini premyera ilə qeyd etdi» adlı xəbər yayımlayıb.
Xəbərdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşada quruluşçu rejissorun komediyaya gətirdiyi yeniliklər, Bakı tamaşaçısının «Müfəttiş»ə hərarətli münasibəti barədə fikirlər yer alıb. Xəbərin müəllifi Mixail Nekrasin yazının sonunda indiyədək Azərbaycan teatrlarında rus dramaturgiyasının yüzdən çox nümunəsinin tamaşaya qoyulduğunu da vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar