Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulub. Mövsümün yekunu ilə bağlı təşkil olunan tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət bildirib ki, bu mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub: “Ənənəvi olaraq teatrın həm bağlanış, həm də açılış mərasimini “Qarabağnamə” tamaşası ilə edirik. Milli Dram Teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır”.
Direktor başa çatan mövsümdə uğurlarla yanaşı, itkilərin də olduğunu deyib, Xalq artisti İlham Əsgərovun dünyasını dəyişdiyini təəssüflə yada salıb.
Xalq artisti Nurəddin Mehdixanlı bu mövsümdə teatrda bir neçə uğurlu tamaşanın təhvil verildiyini diqqətə çatdırıb: “Teatr xalqın sərvətidir, teatr mədəniyyət ocağıdır. Akademik Milli Dram Teatrında bu mövsümdə “Ölülər”, “Müfəttiş” və başqa tamaşalar təhvil verildi. Biz ciddi tamaşalarla ciddi imtahanlar veririk. İnşallah, itkilərimiz az olsun, yeni səhnə əsərləri ilə tamaşaçılarımızı hər zaman sevindirək”.
Sonra görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Qarabağnamə” tamaşası göstərilib. Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz və başqaları ifa edirlər. Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar